Yol polisi avtoxuliqanlıq edən sürücünü saxlayıb - FOTO
Gündəm
18 May 2015 12:40

Sürücü yol polislərinə sənəd təqdim etməkdən boyun qaçırıb
Bakıda yol polisi avtoxuliqanlıq edən sürücünü saxlayıb. Avtosfer.az "report"a istinadən məlumat verir ki, 10 YP 548 dövlət nömrə nişanlı avtomobillə xidmət aparan yol polisləri Xətai rayonunun Babək prospektində "Mercedes" markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi veriblər. Lakin sürücü əmrə tabe olmayaraq qaçmağa çalışıb. Yol polisləri sürücünü təqib edərək onu Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən parkın yaxınlığında saxlatdıra biliblər.
Araşdırma zamanı sürücü yol polislərinə sənəd təqdim etməkdən boyun qaçırıb. Bundan sonra sürücü şəxsiyyətinin dəqiqləşdirilməsi üçün polis bölməsinə aparılıb, avtomobili isə cərimə dayanacağına göndərilib.
Oxunub : 1872
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 11:30
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
12 Oktyabr 2026 09:23
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
12 Oktyabr 2026 08:54
Həftəyə tıxacla başladıq - SİYAHI
11 Oktyabr 2026 21:32
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
ŞƏRH YAZ












