Yük daşımalarında iştirak edənlərə XƏBƏRDARLIQ: 40 manat cəriməsi var - FOTOLAR

Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birgə yük daşımalarında iştirak edən sürücülər üçün Elektron Əmtəə-Nəqliyyat Qaiməsinin tətbiqinin genişləndirilməsi üzrə maarifləndirici tədbir keçiriblər.
AYNA-dan Avtosfer.az-a verilən məlumatada bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 40.1-ci maddəsinə və Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli Qərarı ilə təsdiq edilən “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən, elektron əmtəə-nəqliyyat qaiməsi “AYNA” informasiya sistemində yaradılan “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemində tərtib olunmalıdır.
Sürücülərə məlumat verilib ki, daşıyıcı tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməyən əmtəə təyinatlı yüklər daşınma üçün qəbul edilə bilməz. Elektron əmtəə-nəqliyyat qaiməsi yükgöndərənlə daşıyıcı arasında müqaviləni, daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını, yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir.
Həmçinin əmtəə-nəqliyyat qaiməsində yükgöndərən, daşıyıcı, sürücü və yükalan haqqında məlumatlar, yüklə bağlı təsdiqedici sənədlər, yükləmənin yeri və tarixi, avtonəqliyyat vasitəsinin markası və digər zəruri məlumatlar qeyd olunmalıdır.
Elektron əmtəə-nəqliyyat qaiməsi https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq rəsmiləşdirilir. Sürücülərə yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə İnzibati Xətalar Məcəlləsinin 323.2-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə nəzərdə tutulduğu barədə xəbərdarlıq edilib.
Onlara hər hansı sual yaranacağı təqdirdə, 141 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunub.



Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












