Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasındakı məsafəni 260 km azaldacaq

Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət dövriyyəsinin artırılmasında mühüm rol oynayacaq.
Avtosfer.az xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Özgür Volkan Ağar Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, dəhlizin açılması Azərbaycanla Türkiyə arasındakı məsafəni daha da 260 km azaldacaq: “Bu dəhliz region ölkələri arasında münasibətlərə də müsbət təsir göstərəcək. Zəngəzur dəhlizi strateji layihədir və onun köməyi ilə Çindən Avropaya maneəsiz hərəkət və coğrafi əlçatanlıq təmin ediləcək. Nəticədə yükdaşımalar artacaq, sürətli tranzit təmin olunacaq və ticarət həcmi artacaq. Bu dəhliz Mərkəzi Asiyada ticarətə müsbət təsir göstərəcək".
(Report)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












