Zərərçəkən: Vaqif Xaçatryanın dəstəsi uşağın üstünə qaynar su tökərək yandırdı

Vaqif Xaçatryanın dəstəsi azyaşlının üstünə qaynar su tökərək yandırdı.
Avtosfer.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə zərərçəkmiş şəxs deyib.
Meşəli sakini Bəsti Behbudova ifadəsində bildirib ki, o, Meşəli hadisələri vaxtı uşaq olub: "Meşəli hadisələrində atam xəsarət alıb, qonşularımız, qohumlarımız vəhşicəsinə öldürülüb. Atam da uzun müddət orda aldığı xəsarətlərdən müalicə alıb. Vaqif ömür boyu həbsdə yatmalıdır. Böyüklərimiz hamısı deyirdi li, hadisələri törədənlərdən biri Vaqifdir".
Daha sonra Meşəli sakini Bayram Hacıyev zərərçəkmiş şəxs qismində dindirilib. O qeyd edib ki, hadisələr baş verəndə hərbi xidmətdən təzə gəlibmiş: "Kənd camaatı, hamı deyirdi ki, Meşəli soyqırımını törədənlərin başında Vaqif və onun dəstəsi durub. Onlar böyük, kiçik, qoca, qadın demədən vəhşilik edirdi. Bunlar rəhmətlik Qənimət kişinin uşağının üstünə çaydandan qaynar su tökərək yandırdılar. Hadisəni törədənlər Badara kəndində yaşayan ermənilər idi. Onların da başında Vaqif, Aramis, Vahid adlı ermənilər dururdu. Məhkəmədən tələb edirəm ki, bizə bu zülmü yaşadanların hamısı ömürlük azadlıqdan məhrum edilsinlər”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisələr baş verəndə Meşəlidə olmayıb: "Bayramın atasını yaxşı tanıyıram, lakin mən orda olmamışam".
apa
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













