Ağdamda 15 yaşlı qız qaçırıldı - YENİLƏNİB

Hadisə 2 Oktyabr 2026 15:30
Ağdamda 15 yaşlı qız qaçırıldı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, oktyabrın 2-də Ağdam rayon sakini tərəfindən nəvəsinin gecə saatlarında yaşadığı evdən çıxması ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət daxil olub.

Hazırda faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır və onun olduğu yerin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

***14:53

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib.

2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib.

Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib.

Ailə üzvləri qızın qaçırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır. Onun yerinin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər görülür.

Oxunub : 150
ŞƏRH YAZ
Ad

E-mail

Şərh