Hacıbala Abutalıbov üzə çıxdı

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VIII Qurultayında iştirak edib.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, Hacıbala Abutalıbov YAP-ın qurultayının keçirildiyi Heydər Əliyev Mərkəzinin önündə jurnalistlərin kamerasına yaxalanıb. Sabiq mer jurnalistlərin suallarına cavab verməkdən yayınıb. Daha sonra maşına əyləşərək oradan uzaqlaşıb.
Qeyd edək ki, Hacıbala Abutalıbov son 3 ildə yaşayış yeri kimi iki ünvan seçib: o, həm Qax rayonunun Ağçay kəndində, həm də Bakının Qaraçuxur qəsəbəsindəki villasında qalır.
Keçmiş merin Qax rayonunun Ağçay kəndində yaşamasının əsas səbəbi həyat yoldaşının əslən oralı olması ilə bağlıdır.
Hacıbala Abutalıbovun iki oğlu var və onların ayrı yaşadığı bildirilir.
H.Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Baş nazirin müavini vəzifəsində çalışıb.
2001-ci ilin yanvar ayında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib.
Düz 18 il Bakı Şəhəri İcra Hakimiyyətinə rəhbərlik edən Abutalıbov 21 aprel 2018-ci il tarixndə bu vəzifədən azad edilib. Elə həmin gündə Prezidentin sərəncamı ilə Baş nazirin müavini təyin edilib.
21 oktyabr 2019-cu ildə Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsindən də azad edilərək təqaüdə göndərilib.
2021-ci il martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Hacıbala Abutalıbov qurumun İdarə Heyətindən kənarlaşdırılıb.
O, YAP-ın Veteranlar Şurasına üzv edilib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












