Ağcabədidə suvarma kanalında bir nəfər batdı - VİDEO

Hadisə 27 İyul 2026 10:00
Ağcabədidə suvarma kanalında bir nəfər batdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində 33 yaşlı kişi batıb.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

 

Oxunub : 172
ŞƏRH YAZ
Ad

E-mail

Şərh