Xırdalan və Sumqayıta metro xətti çəkiləcək

Xırdalan və Sumqayıt istiqamətində yeni metro xəttinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin yaradılması planlaşdırılır.
Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə keçirilən "Könüllülər yol təhlükəsizliyinin təşviqində" layihəsində çıxışı zamanı bildirib.
Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda "Gələcəyin ağıllı metrosu" layihəsi üzərində işlər davam etdirilir. Onun sözlərinə görə, layihə müasir texnologiyaların tətbiqi, sərnişinlər üçün daha rahat, təhlükəsiz və innovativ metro xidmətinin formalaşdırılmasına hesablanıb.
O bildirib ki, bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlıq həyata keçirilir. Məqsəd metro ilə yerüstü nəqliyyat arasında inteqrasiyanı daha da gücləndirmək, şəhərdaxili hərəkəti rahatlaşdırmaq və vətəndaşlara vahid, müasir nəqliyyat sistemi təqdim etməkdir.
Bəxtiyar Məmmədov vurğulayıb ki, yaxın beş il ərzində Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunda ciddi dəyişikliklər baş verəcək. Onun sözlərinə görə, həyata keçiriləcək layihələr paytaxtda mobilliyin artırılmasına, sərnişindaşımanın daha səmərəli təşkilinə və ictimai nəqliyyatın əlçatanlığının genişləndirilməsinə mühüm töhfə verəcək.
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Qubada qırıcımızın havaya qaldırılmasının səbəbi bilindi - Yeni açıqlama
Skuterlə avtobusa minmək olar?
Motosiklet sürücülərinin qayda pozmalarının qarşısı necə alına bilər? - EKSPERT
Velosiped zolaqlarında təhlükənin qarşısı necə alınmalıdır? – TƏKLİF
Gürcüstandakı “insan mərkəzli küçə” nümunəsi Bakıya gətirilə bilər? - FOTO
Slovakiya Azərbaycana nəqliyyat sahəsində əlaqələri artırmağa kömək edə bilər - İQTİSADÇI
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA
Avtobusda kondisioneri işlətmədi, xəbərdarlıq olundu - RƏSMİ










