Tanınmış aktrisa avtomobil qəzasında öldü

“Qodzilla Konqa qarşı” və “Qodzilla Konq: Yeni İmperiya” filmlərində Jia obrazı ilə tanınan gənc aktrisa Keyli Hottl 18 yaşında vəfat edib.
Avtosfer.az xəbər verir ki, eşitmə qüsurlu aktrisanın ABŞ-nin Merilend ştatında baş verən yol qəzasında ağır yaralandığı və xəstəxanada həyatını itirdiyi bildirilib.
Faciəli xəbəri Keylinin atası Coşua Hottl açıqlayıb. O, qızının ölüm xəbərini sosial mediada Amerika İşarət Dili (ASL) ilə yayımladığı duyğusal video vasitəsilə paylaşıb.
Keyli Hottl dünya şöhrətini 2021-ci ildə ekranlara çıxan “Qodzilla Konqa qarşı” filmində canlandırdığı Jia obrazı ilə qazanmışdı. O, filmdə Kinq Konqla işarət dili vasitəsilə ünsiyyət quran kar qız rolunu oynayaraq tamaşaçıların böyük rəğbətini qazanmışdı.
Gənc aktrisa 2024-cü ildə yayımlanan “Qodzilla Konq: Yeni İmperiya” filmində də eyni obrazı canlandırıb.
Hottlın performansı təkcə tamaşaçılar tərəfindən deyil, kino sənayesi tərəfindən də yüksək qiymətləndirilib. O, hər iki filmdəki roluna görə “Ən yaxşı gənc aktyor performansı” nominasiyasında Saturn mükafatına namizəd göstərilib.
Keyli Hottl eşitmə qüsurlu aktyorların Hollivudda daha çox görünməsinə töhfə verən gənc sənətçilərdən biri hesab olunurdu. O, eşitmə qüsurlu insanların olduğu bir ailədə böyüyüb və aktrisalıq karyerasına reklam çəkilişləri ilə başlayıb.
Onun Jia obrazı xüsusilə kar insanların kino dünyasında təmsil olunması baxımından mühüm addım kimi qiymətləndirilirdi.
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır












