Banner

Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada ÖLDÜ

Hadisə 13 Noyabr 2026 13:18
Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada ÖLDÜ
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonu Saray qəsəbəsində avtobusun noyabrın 11-də vurduğu piyada xəstəxanada ölüb.

Avtosfer.az xəbər verir ki, 9 nömrəli marşrut avtobusu qəsəbə ərazisində yolu keçən 1985-ci il təvəllüdlü Taleh Abdulovu vurub.

Ağır xəsarətlər alan piyada dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Həkimlərin göstərdiyi tibbi yardıma və aparılan müalicə tədbirlərinə baxmayaraq, Taleh Abdullov bu gün xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 246
ŞƏRH YAZ
Ad

E-mail

Şərh