Avtomobil hissələri oğurlandı - 5 yeniyetmə saxlanıldı
Hadisə
8 İyul 2024 11:46
Oxunub 428
Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində “BMW” markalı avtomobilin salonundan 3000 manat dəyərində hissələr sökülərək oğurlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR