Azərbaycanda kütləvi ZƏHƏRLƏNMƏ: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Hadisə 12 İyul 2026 20:11
Azərbaycanda kütləvi ZƏHƏRLƏNMƏ:  10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bu gün Gəncədə baş verən kütləvi zəhərlənmənin təfərrüatı məlum olub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində keçirilən yas mərasimində baş verib.

Yas yerində səkkiz nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, zəhərlənənlərin arasında azyaşlılar da var. Hadisə ilə bağlı araşdırma aparılır.

Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəstəxanaya yerləşdirilərin vəziyyətini açıqlayıb.

Bildirilib ki, bu gün saat 18 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub:

"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".

***20:00

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib

***19:13

Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib.

Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, yeddi nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.

Onlar arasında azyaşlılar da var.

Xəstəxanaya yerləşdirilən şəxslərin adları məlum olub: Nuriyyə Rüstəmova (1962), Amin Teymurlu (1986), İ.Məmmədov (2017), Z.Hüseynova (2015), U.İsyaev (2020), Bənövşə Əliyeva (1963), Sevil Hüseynova (1987)

Oxunub : 818
ŞƏRH YAZ
Ad

E-mail

Şərh