Bakıda sərnişinlərdən küsən avtobus sürücüsündən qəribə ETİRAZ - VİDEO - YENİLƏNİB

Bakıda sərnişinlərdən küsərək avtobusu saxlayıb siqaret çəkməyə başlayan sürücü ilə bağlı tədbir görülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a "BakuBus" MMC-dən məlumat verilib.
Bildirilib ki, şirkətin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusda iyulun 9-da saat 16:30-da Koroğlu Rəhimov küçəsində sürücü ilə sərnişin arasında baş vermiş insident araşdırılıb.
Araşdırma zamanı sürücünün xidməti vəzifələrini yerinə yetirərkən pozuntuya yol verdiyi müəyyən edilib.
"Bununla əlaqədar sürücünün izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb", - deyə açıqlamada qeyd olunub.
"BakuBus" MMC baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyib.
"Şirkət gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirləri davam etdirəcək", - məlumatda vurğulanıb.
***11:18
Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a müraciət edən sərnişinlərin sözlərinə görə, hadisə iyulun 9-da saat 16:31-də Akademik Həsən Əliyev küçəsində, metronun "Koroğlu" stansiyası istiqamətində baş verib.
Belə ki, dayanacaqda sərnişinlərdən biri səhvən "Stop" düyməsini basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq qapıları bağlayıb, nəqliyyat vasitəsindən düşüb və yolun kənarında siqaret çəkməyə başlayıb.
Bundan əlavə, bildirilir ki, avtobusda kondisioner sistemi olduğu halda, ondan istifadə edilməyib. Sürücü kondisionerin işləmədiyini təkidlə vurğulayıb.
Şahidlərin sözlərinə görə, hadisə zamanı sürücü ilə sərnişinlər arasında mübahisə də yaşanıb.
Daha sonra sərnişinlərin bir qismi avtobusdan düşərək arxadan gələn digər marşrut avtobusundan istifadə edib.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu











