Azərbaycanda ŞOK OLAY: saxta sürücülük vəsiqəsi verib əslini aldı

Azərbaycanda saxta sürücülük vəsiqəsi ilə əsl vəsiqə alan şəxsə cinayət işi açılıb.
Avtosfer.az xəbər verir ki, vətəndaş Samir Ələkbərov (ad və soyad şərti) Rusiyada pul müqabilində saxta sürücülük vəsiqəsi əldə edib. O, Azərbaycana qayıdandan sonra həmin saxta sənəd əsasında orijinal sürücülük vəsiqəsi almaq istəyib.
Bu məqsədlə həmin saxta sənədi Bakının Nərimanov rayonunda yerləşən “Asan Xidmət” Mərkəzinin aidiyyəti şöbəsinə təqdim edib. Bununla da əsl sürücülük vəsiqəsini ala bilib.
Bundan başqa, S.Ələkbərov əldə etdiyi əsl sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddətini yeniləməkdən ötrü bu dəfə Sumqayıt şəhərindəki “Asan Xidmət” Mərkəzinə yaxınlaşıb. O, bu dəfə də istəyini reallaşdıra bilib və vəsiqəsinin etibarlılıq müddətini artırıb.
Ancaq onun bu cinayət əməlləri məlum olub və barəsində Cinayət Məcəlləsinin 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İş hakim Samir İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 29-da baş tutacaq.
Samir Ələkbərov barəsində isə başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.//Lent.az
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












