Qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi”nin Su bioresurslarının mühafizə şöbəsinin və regional bölmələrin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə xidmətinin əməkdaşları tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir. Son zamanlar ovlanması qadağan olunmuş balıq növlərinin qanunsuz ovlaması ilə əlaqədar növbəti faktlar aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, 21 noyabr tarixində saat 17:00 radələrində Siyəzən rayonunun Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizindən qanunsuz balıq ovlayan vətəndaş Tərlan Məmmədovun qayığına baxış zamanı 3 (üç) ədəd bölgə (Huso huso) balığı və 1 (bir) ədəd rus nərəsi (Acipenser stellatus) balığı, 26 noyabr tarixində saat 17:20 radələrində Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində Xəzər dənizindən qanunsuz balıq ovlayan vətəndaş Balağa Atakişiyevin qayığına baxış keçirilən zaman qayıqda ovlanması qadağan olunmuş 2 (iki) ədəd rus nərəsi (Acipenser gueldenstaedtii) balığı aşkar edilib.
Qanunsuz balıq ovlayan şəxslər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Bir daha xatırladırıq ki, qanunsuz balıq ovu Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələri ilə məsuliyyət yaradır və bu kimi hallara yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO












