Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI

2027-ci ildə Azərbaycanda sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması nəzərdə tutulur. Lakin qiymət artımları fonunda bu addımın aztəminatlı ailələrin gündəlik xərclərinə və real alıcılıq qabiliyyətinə təsiri müzakirə mövzusudur.
Avtosfer.az xəbər verir ki, sosial ödənişlərin artırılmasının əhalinin sosial rifahına təsiri və inflyasiya şəraitində bu artımların alıcılıq qabiliyyətini qorumaq imkanları diqqət mərkəzindədir. Bəs sosial müavinətlərin məbləği müəyyən edilərkən yaşayış minimumu və real istehlak xərcləri əsas götürülməlidirmi?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, hökumət yaşayış minimumunu müəyyənləşdirərkən inflyasiya səviyyəsini və növbəti il üçün qiymət proqnozlarını nəzərə alır:

''Bu göstəricilər əsasında yaşayış minimumu dəyişdirilir və həmin meyarlar əsasında aztəminatlı ailələrə ünvanlı sosial yardım təyin olunur. Ümumiyyətlə, ünvanlı sosial yardım, sosial müavinətlər və minimum pensiyalar maddi imkanları məhdud olan, müxtəlif səbəblərdən öz gəlirlərini artıra bilməyən əhali qruplarına dəstək məqsədi daşıyır. Dövlətin əsas məqsədi bu şəxslər üçün minimum sosial standartları təmin etməkdir. Sosial ödənişlərin artırılmasının əhalinin rifahını yaxşılaşdırmağa kifayət edib-etməməsinə gəlincə, bu, növbəti ildə inflyasiyanın hansı səviyyədə olacağından asılıdır. Mərkəzi Bankın proqnozlarına əsasən, inflyasiyanın 5,4–5,5 faiz ətrafında olacağı gözlənilir. Bu baxımdan, sosial ödənişlərdəki artım inflyasiyanın təsirini kompensasiya edə bilər. Yaşayış minimumu və real istehlak xərclərinin sosial ödənişlərin məbləği müəyyənləşdirilərkən əsas götürülməsinə gəlincə isə, bu amillər artıq nəzərə alınır və alınmalıdır. Dövlətin vəzifəsi ehtiyacı olan şəxslər üçün minimum təminat yaratmaqdır. Daha yüksək rifah səviyyəsinə çatmaq isə insanların öz gəlirlərini artırması ilə bağlıdır''.
Fatimə
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ












