Azərbaycanlı mühafizəçinin meyiti Kuşadasında oteldən tapıldı - FOTO

Azərbaycan vətəndaşı Mahir Məmmədov Kuşadasındakı hotel otağında ölü tapılıb.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, onun ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.
Bildirilir ki, hadisə dünən saat 13.30 radələrində Kadınlar Dənizi məhəlləsində yerləşən 5 ulduzlu oteldə baş verib.
Əldə edilən məlumata görə, 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gedib. M. Məmmədov səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa qalxıb.
Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər.
Xəbərdarlığın ardından hotelə 112 Təcili Tibbi Yardım və polis qrupları cəlb edilib. Həkimlər briqadasının müayinəsindən sonra Mahir Məmmədovun öldüyü müəyyən olunub. Onun ölümünün dəqiq səbəbi İzmir Ədliyyə Tibb Morqunda aparılacaq yarılmadan sonra məlum olacaq.
Onun Azərbaycanda mühafizəçi kimi fəaliyyət göstərdiyi qeyd olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












