Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktı aşkarlanmayıb

Rusiya Federasiyası İstintaq Komitəsi Rusiya Federasiyası hökuməti yanında Maliyyə-Hüquq Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etməyib. “Report” xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə ekstremizm hərəkətləri iddia olunan videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar aşkar edilməyib. Gənclər qanunazidd hərəkətlər etmədikləri üçün istintaq müvafiq prosessual qərar qəbul edəcək", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya hökuməti yanında Moskva Maliyyə-Hüquq Universitetində "Mənim Vətənim: böyük və kiçik" adlı tələbə festivalı keçirilib.
Tədbir çərçivəsində universitetin Azərbaycan klubunu dəstəkləmək məqsədilə digər universitetlərdən olan tələbələr - Azərbaycan diasporunun nümayəndələri də ona qoşulublar. Festivaldan sonra azərbaycanlı gənclər ana dilində "Yaşasın Azərbaycan!" şüarını səsləndiriblər. Ardınca da sosial şəbəkələrdə guya azərbaycanlı tələbələrin qanunazidd ekstremist şüarlar səsləndirdiyi təhrif olunmuş səsli videolar yayılmağa başlayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












