Azərbaycanlılar, taciklər və özbəklər arasında DAVA: yaralılar var

Rusiyada azərbaycanlılarla taciklər və özbəklər arasında dava olub.
Avtosfer.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 24-nə keçən gecə Sankt-Peterburqun Krasnıx Zori bulvarında kafelərdən birində baş verib. Burada birincə azərbaycanlılar, digərində tacik və özbəklər olan iki qrup olub.
Qəfil naməlum səbəblə onlar arasında mübahisə yaranıb. Mübahisə böyüyüb və tərəflər kafeni tərk edərək məsələni küçədə davam etdiriblər. Nəticədə 26 yaşlı azərbaycanlı qarşı tərəfdən 2 nəfəri bıçaqlayıb.
Xəsarət alan 25 və 38 yaşlı kişilər xəstəxanaya yerləşdiriliblər.
Azərbaycanlı dostları ilə birlikdə hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda hadisənin baş vermə şəraitini müəyyən edib və cinayətkarın axtarışına çıxıblar.
Keçirilmiş planlaşdırılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 26 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Daxili işlər orqanlarının istintaq orqanları qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açıb.
(lent.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












