Bakıda 2 nəfəri qətlə yetirən şəxsə hökm oxunub - FOTO

Ötən il Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 20 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı A.Bəhərçiyevin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən il dekabrın 31-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.
İttihama görə, 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucova və 1981-ci il təvəllüdlü Ramil Səfərova bıçaqla xəsarətlər yetirərək onları öldürüb.
Arif Bəhərçiyev Cinayət Məcəlləsinin 120.2.7-ci (iki şəxsi qəsdən öldürmə) maddəsi ilə təqsirli bilinib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












