Bakıda "50 qəpik" avtoyuma məntəqəsində bədbəxt hadisə: Yeniyetmə həyatını itirdi

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "50 qəpik" avtoyuma məntəqəsində dəhşətli hadisə baş verib.
Avtosfer.az-ın Publika.az-a istinadən məlumatına görə, dostu ilə birgə velosipedini yumağa gedən 2010-cu il təvəllüdlü Rəşad Babayevi elektrik cərəyanı vurub. Yeniyetmə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Obyektin sahibi təqsirləndirilən şəxs qismində cəlb edilib.
Araşdırmalar zamanı məlum olub ki, 13 yaşlı Rəşad dostu ilə su şlanqını dartarkən cərəyan vurub.
Yeniyetmənin dostu hadisəni belə təsvir edib: "Rəşadı əvvəllər tanımırdım, Hövsanda yaşamırdı, bir neçə gün idi ki, babasıgildə qonaq idi, arabir küçəyə çıxıb bizimlə oynayırdı. Mən bəzən öz velosipedimi yumaq üçün evimizdən bir qədər kənarda yerləşən "50 qəpik" deyilən avtoyuma məntəqəsinə gedirdim. Həmin gün velosipedi yumaq üçün evdən çıxanda Rəşadla görüşdüm, hara getdiyimi soruşdu. Velosiped yumağa getdiyimi dedim. O da mənimlə getmək istədi. 50 qəpik pulu aparata atıb velosipedi özüm yuyan zaman, Rəşad şlanqı əlimdən alaraq velosipedi özü yumaq istədi. İkinci dəfə isə şlanqı əlimdən alıb yenidən yumağa çalışanda, onu elektrik cərəyanı vurdu. Mən şlanqın plastik hissəsindən tutduğum üçün cərəyan mənə təsir etmədi, lakin Rəşad metal hissədən tutduğu üçün onu vurdu. Rəşad yerə yıxıldı və tanımadığım bir adam köməyə gəlib, şlanqı ayağı ilə kənara itələdi. Mən isə qaçaraq Rəşadın anasına xəbər verdim".
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə obyektin sahibi Cinayət Məcəlləsinin 124.1-ci maddəsi üzrə təqsirli bilinib və qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB










