Banner

Bakıda ərzaq köşkündə YANĞIN - ÖLƏN VAR - YENİLƏNİB

Hadisə 3 Oktyabr 2026 12:00
Bakıda ərzaq köşkündə YANĞIN - ÖLƏN VAR   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb.

Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

***10:51

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar olunub.

Köşk yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxunub : 196
ŞƏRH YAZ
Ad

E-mail

Şərh