Banner

Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!

Sosial 3 Oktyabr 2026 12:11
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
WhatsApp kanalımıza abunə olun

Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyunu ilə əlaqədar Bakı Metropoliteninin Qırmızı xəttində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Avtosfer.az xəbər verir ki, matçla əlaqədar “Gənclik” stansiyasında əlavə işçi qüvvəsi ayrılacaq, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun təşkil ediləcək. Matç başa çatdıqdan sonra sərnişin axınının intensivliyindən asılı olaraq qatarların hərəkəti əlavə tənzimlənəcək. 

Bundan başqa, “28 May” və “Nərimanov” stansiyalarında da sərnişin axınına nəzarət gücləndiriləcək.

Oxunub : 314
ŞƏRH YAZ
Ad

E-mail

Şərh