Bakıda güclü yanğın söndürüldü: Zığ şosesi-Hava limanı yoluna qoyulan məhdudiyyət aradan qaldırıldı - FOTO - VİDEO - YENİLƏNİB

Suraxanı rayonu ərazisində baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
***
Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.
Avtosfer.az bildirir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Nazirlikdən verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakıdakı yanğın baş verən əraziyə helikopter cəlb olunub.
Həmin görüntüləri təqdim edirik:
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.08.2024-cü il tarixində saat 14:55-də Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.
***
Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi-Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO































