Bakıda həmyerlilərini oğurlayıb 20 min dollar tələb edən şəxslərə hökm oxunub

Bakıda adam oğurluğunda təqsirləndirilən Pakistan vətəndaşlarının məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə adam oğurluğu, quldurluq və hədə qorxu ilə tələb etmədə təqsirli bilinən Pakistan vətəndaşları Mukhtar Mohsin, Abbas Muhammad və Muzammil Muhammad 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Prokuror onların 13 il azadlıqdan məhrum olunmasını istəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda öz həmyerlilərini oğurlayaraq 20 min ABŞ dolları tələb etməkdə ittiham olunublar.
İş üzrə 3 nəfər Pakistan vətəndaşı Khushnam Ali Muhammad Riaz Awan, Muhammad Riaz Awan Khuda Bukash Awan, Shahzad Ali Khuda Bukhs Awan zərərşəkən kimi tanınıb.
Faktla bağlı polisə müracət edən Pakistan vətəndaşları Azərbaycana turist qismində gəldiklərini, burada öz həmyerliləri olan 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammadin onları hava limanında qarşılayıb, kirayədə yaşadıqları mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döydüklərini, hədə-qorxu gələrək üzərlərində olan 1500 dollar və 400 avronu ələ keçirdiklərini billdiriblər.
Daha sonra isə azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 min dollar tələb olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu, quldurluq, hədə-qorxu ilə tələb etmə və s. maddələri üzrə cinayət işi başlanıb.
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda həyat yoldaşının avtomobilinə hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Marketin qarşısında dayanan şəxsi avtomobil vurdu










