Toydan sonra faciə: yaşlı qadın güllələndi

Hadisə 16 İyun 2026 09:09
Toydan sonra faciə: yaşlı qadın güllələndi
WhatsApp kanalımıza abunə olun

Türkiyənin Mardin vilayətinin Qızıltəpə ilçəsində toydan sonra tapançadan atəş açılması nəticəsində yaşlı qadın həyatını itirib.

Avtosfer.az sfera.az-a istinadən xəbər verir ki, Mesopotamiya məhəlləsində bəy və gəlin evə gəldiyi zaman şadyanalıq məqsədilə havaya bir neçə dəfə atəş açılıb.

Bu zaman ehtiyatsızlıqdan güllələrdən biri eyvanda dayanan 76 yaşlı Hedli.Ç-yə dəyib.

Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Oxunub : 192
ŞƏRH YAZ
Ad

E-mail

Şərh