Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Kişi yanaraq ÖLDÜ - VİDEO - YENİLƏNİB

Ağstafa rayonunda yanmış meyit tapılıb. Hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. 51 yaşlı kənd sakini Elman Əliyevin meyiti yaşadığı evin zirzəmisində aşkar edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Mərhumun yaxınlarının sözlərinə görə, Elman Əliyev spirtli içki aludəçisi idi və bəzən bağda və ya evin zirzəmisində gecələyirdi.
"İçki içən adam idi, çox vaxt tibbi spirt qəbul edirdi. Siqaret çəkirdi, ehtimal ki, sərxoş vəziyyətdə olub. Siqaretin külü düşdüyü üçün yanğın başlayıb. O, bunu hiss etməyib və tüstüdən boğularaq ölüb", - deyə mərhumun yaxını bildirib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb.
***09:37
Ağstafada yanğın olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində 1975-ci il təvəllüdlü Elman Əliyevin yaşadığı ünvanın zirzəmisində qeydə alınıb.
Yanğın söndürüldükdən sonra evin zirzəmisindən E.Əliyevin yanmış meyiti aşkar edilib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO












