Emin Əmrullayevdən müəllimlərə ŞAD XƏBƏR

“Biz ötən ildən başlayaraq tam orta təhsil modelini tətbiq edirik. Bu il model daha da təkmilləşdirilib. Layihənin məqsədi region və rayonların ən bacarıqlı müəllimlərini həmin məktəblərdə cəmləşdirərək 10-11-ci sinif şagirdlərinin hazırlığını daha keyfiyyətli şəkildə təmin etməkdir”.
Avtosfer.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tam orta təhsil modelinin Azərbaycanda tam şəkildə formalaşması üçün bir neçə ilə ehtiyac var:
“Şagirdlər 9-cu sinfə qədər ümumi təhsil aldıqdan sonra təmayül və ixtisas istiqamətləri üzrə təhsillərini tam orta təhsil səviyyəsində davam etdirəcəklər. Bu, ailələr üçün də mühüm dəstək olacaq.Həmin qruplarda dərs deyəcək müəllimlər peşəkarlıq və keyfiyyət göstəricilərinə əsasən seçiləcəklər. Əsas məqsəd 10-11-ci siniflərdə məktəbin şagirdlərin və ailələrin maraqlarını daha yaxşı təmin etməsidir”.
O eyni zamanda vurğulayıb ki, həmin müəllimlər üçün əlavə imtiyazların tətbiqi də nəzərdən keçirilir. Hazırda bu istiqamətdə işlər aparılır və müvafiq qərarlar daha sonra ictimaiyyətə açıqlanacaq.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












