Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı - YENİLƏNİB

Uşaqlarını küçəyə atan qadının kimliyi müəyyən olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov məlumat verib.
O bildirib ki, müəyyən səbəblərdən adı açıqlanmayan qadın aidiyyəti dövlət orqanına dəvət olunub:
"Onun izahatı alınıb. Övladlarından imtina etməsinin səbəbləri araşdırılır".
***
15:30
Bakıda ana 4 uşağını ataraq başqa bir kişi ilə qaçıb.
Avtosfer.az bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə açıqlama verib.
Onun sözlərinə görə, uşaqlı gün öncə 23 cü polis bölməsi tərəfindən aşkar edilib.
Onlar 1 gün tibbi müayinə məqsədi ilə Qarayev xəsyəxanasına yerləşdirilib. Sosial Xidmətlər Agentliyi tərəfindən Azerbaijan Children Union /Azərbaycan Uşaqları İctimai Birliyi nin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.
“Uşaqların təxminən 14,5,4 yaşdır. Ən kiçiyi 5-6 aylıq olar. Böyük qız bildirir ki, anam sevgilisi ilə bizi parkda qoydu və dedi ki, gedirəm kirayə ev tapmağa. O gedən gedib…Polis əməkdaşları aşkarlayıb bölməyə aparıb”.
K.Ağazadə uşaqları tanıyan şəxslərə müraciət edib: “Tanıyan varsa facebook səhifəmizdə şərhlərə qeyd edin. Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşamışam. Anasının adı Günay,nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur. Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar”.
(azpost.info)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












