Bakıda sürücünün avtobusu qapısıaçıq idarə etməsinin səbəbi BİLİNDİ - YENİLƏNİB

Bakıda 208 nömrəli avtobusun qapısıaçıq şəkildə idarə edilməsi texniki nasazlıq səbəbindən baş verib.
Avtosfer.az xəbər verir ki, bu məlumat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilib.
"Baş vermiş hadisə ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, avtobusun qapısında texniki nasazlıq yarandığı üçün bağlanmayıb. Növbəti dayanacaqda texniki heyət cəlb olunaraq qısa zamanda nasazlıq aradan qaldırılıb", - deyə məlumatda bildirilir.
***
12:42
Bakıda 208 saylı marşrut avtobusunu qapısıaçıq formada idarə edən sürücü barəsində qanuna müvafiq tədbir görülüb.
Avtosfer.az xəbər verir ki, bu məlumatı oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin inspektoru, polis kapitanı Pərvanə Muradova verib.
"Sosial şəbəkədə yayılan videogörüntü ilə əlaqədar tərəfimizdən araşdırılma aparılıb və sürücü müəyyənləşdirilərək barəsində qanuna müvafiq tədbir görülüb", - deyə P.Muradova qeyd edib.
Xatırladaq ki, ötən gün 208 saylı xətt üzrə marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini qapısıaçıq şəkildə idarə etmişdi.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












