Barmağı “BMW”nin qapısında qalaraq qopdu: 1,9 milyon dollar təzminat aldı - FOTO

ABŞ-də yerli sakin barmağından aldığı xəsarət səbəbindən 1,9 milyon dollar məbləğində kompensasiya alıb. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, faciəvi hadisə 2016-cı ildə Lonq-Aylend sakini olan proqramçı-mühəndisi 68 yaşlı Qodvin Boatenqin başına gəlib.
Məlumata görə, Qodvinin sol əlinin baş barmağının bir hissəsi ona məxsus “BMW X5” markalı avtomobilin "yumşaq bağlanma – özü bağlanan qapı" funksiyalı qapısının arasında qalaraq qopub.
Bundan sonra o, yaxınlıqdakı xəstəxanaya müraciət edib. Həkimlər ona barmağın qopan hissəsinin tikilə bilinməyəcək qədər az olduğunu deyiblər və o, bir neçə dəfə cərrahiyyə əməliyyatı keçirməyə məcbur olub. Qodvin “yeni barmaqla” yeni tərzdə yazmağı öyrəməyə və gündəlik məişət işlərinin öhdəsindən gəlməyə başlayıb.
Bununla yanaşı o, hadisənin "günahkarı" olan “BMW X5”i satmayıb, çünki onu hələ də yaxşı avtomobil hesab edir - qapının özünü bağlayan funksiyası istisna olmaqla.
Hadisədən sonra şirkət araşdırma aparıb və belə qənaətə gəlinib ki, yumşaq bağlanma funksiyası səbəbindən dünya üzrə ən azı 44 nəfər xəsarət alıb.
Beləliklə, bu il iyunun 27-də məhkəmənin qərarı ilə zərərçəkənə 1,9 milyon dollar təzminat ödənilib.
Namiq Musayev



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












