Beliz səmasında dəhşət: Təyyarədə atışma, bıçaqlanma yaşandı

Beliz səmasında dəhşət yaşanıb. Belə ki, Akinyela Sava Teylor adlı amerikalı Korosal şəhərindən San-Pedroya uçan "Tropic Air" aviaşirkətinin sərnişin təyyarəsini qaçırmağa cəhd edib.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə "ABC News" xəbər yayıb.
Bildirilir ki, Teylor uçuşdan əvvəl insanları bıçaqla hədələyərək təyyarəni ələ keçirib. O, ölkədən çıxarılmasını istəyib və təyyarə üçün daha çox yanacaq tələb edib.
Lakin hadisə gözlənilməz şəkildə dəyişib. Atəş açmaq lisenziyası olan bir sərnişin Teyloru sinəsindən güllələyərək ölümcül yaralayıb. Bundan başqa, üç belizli sərnişin bıçaq yaraları alıb.
Polisin məlumatına görə, təyyarə enənə qədər yanacağı, demək olar ki, tükənib. Göyərtədə ümumilikdə 14 sərnişin olub. Kişinin təyyarəyə bıçaqla necə daxil olması hələ aydın deyil.
Bildirilir ki, həftəsonu Teylora ölkəyə giriş qadağan edilibmiş. Onun Belizə necə daxil olması hazırda araşdırılır.(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












