Beyləqanda yol qəzasında iki nəfərin ölməsi ilə bağlı cinayət işi açılıb

Beyləqanda yol qəzasında iki nəfərin ölməsi ilə bağlı cinayət işi açılıb.
"Report" xəbər verir ki, hadisə ötən gecə Daşburun-Beyləqan avtomobil yolunun Beyləqan şəhəri, Magistral küçəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iyulun 2-si saat 22:50 radələrində Xankişiyev Ramiz Əli oğlu özünə məxsus "Hyundai Tucson" markalı avtomobillə Daşburun istiqamətində hərəkətdə olan zaman yolun sağ tərəfindən yolayrıcına daxil olan Hüseynov Nizami İsa oğlunun idarə etdiyi "Mercedes C 220" markalı avtomobil ilə toqquşub.
Nəticədə "Mercedes C 220" markalı avtomobilin sürücüsü N. Hüseynov, həmin avtomobildə sərnişin qismində əyləşmiş Məmmədova Sabirə Sumbat qızı aldıqları xəsarətlər səbəbindən ölüb.
Həmin avtomobildə olan digər sərnişinlər Hüseynova Nərgiz Nizami qızı "hər iki budun sınığı", 2017-ci il təvəllüdlü Məlikzadə Raul Vüsal oğlu "qapalı kəllə beyin travması", 2010-cu il təvəllüdlü Məlikzadə İbrahim Vüsal oğlu "sol dirsək nahiyəsinin sıyrılmış açıq yarası", "Hyundai Tucson" markalı avtomobilin sürücüsü R.Ə.Xankişiyev "sol qabırğaların çoxsaylı sınığı", həmin avtomobildə sərnişin qismində əyləşmiş Bəndalıyev İmaməddin Murtuza oğlu "sağ əlin bilak oynağının qapalı sınığı" diaqnozları ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












