Biləsuvarda qonşusunu qətlə yetirən şəxsə ağır cəza

Biləsuvarda (10 saylı qəsəbədə) qonşusu olan keçmiş polis əməkdaşını qətlə yetirməkdə ittiham olunan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə Fəxrəddin Əli oğlu Həsənovun apellyasiya şikayəti üzrə qərar elan olunub. Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəxrəddin Əli oğlu Həsənov Cinayət Məcəlləsinin 120.2.2 maddəsi ilə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi 2023-cü il iyulun 18-də Cəbrayıl rayon sakinləri olan keçmiş məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində baş verib. Cəbrayıl sakini, 1970-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov şəxsi münasibətlər zəminində həmyerlisi, qonşusu 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovu kəsici alətlə qətlə yetirib.
B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












