Bir göz qırpımında gələn fəlakət: 1700 ölü - FOTO

26 dekabr 2004-cü il, Şri-Lanka. Ölkə turistlə dolub-daşır, buddistlər isə yanvarın birində Qalledə keçiriləcək bayrama tələsirlər. Paytaxt Kolombodan Qalleyə gedən qatara min nəfər bilet alsa da, real sərnişin sayı 2 minə yaxın idi.
Saat 9.20-də dəniz kənarı ilə hərəkət edərkən (sahildən 170 metr məsafədə) maşinist svetoforun əvvəl sarı, sonra da qırmızı işığa keçdiyini görüb qatarı saxlayır. Bu ərazi turistlərin ən çox sevdiyi yer idi: okeana gözəl mənzərə açılırdı. Qatarın dayanmasına hamı sevinir. Heç kim yaxınlaşan fəlakətdən xəbərdar deyildi.
Sən demə 2 saat əvvəl Hind okeanında İndoneziya sahillərində baş vermiş 9 ballıq zəlzələ güclü sunami yaradıb. Sunami Şri-Lankaya doğru irəliləyir. Qatar dayandıqdan sonra 9 metr yüksəklikdə ilk dalğa qatarın arxa hissəsini vurur və sonuncu vaqonu 10 metr kənara tullayır. Lokomotiv briqadası belə olduqda digər vaqonları xilas etmək üçün 8 vaqonu ayırıb sərnişinləri xilas etmək istəyir. Lakin hamı qapıya tərəf qaçdığı üçün dəmir yolu işçiləri vaqonu tərk edə bilmirlər. 15 dəqiqə sonra gələn ikinci dalğa bütün qatarı sağ tərəfdən vurur. Dalğa 30 tonluq vaqonları cəngəllikdə yüz metrlərlə sürüyür. 80 tonluq teplovoz relslərdən 50 metr aralı düşür. 2 vaqonu isə su yuyub okeana aparır.
Hadisə nəticəsində cəmi 900 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün oldu. Qalanları ya okeana qərq oldu, ya da yaxınları rəsmiləşdirmədən apardı. Təxmini statistikaya görə faciədə cəmi 150 nəfər xilas ola bilib. Qəbul edilmiş statistikaya görə, bu faciə 1700-dən çox adamın həyatına son qoyur. Bu, dəmiryolu nəqliyyatı tarixində ən ağır qəza hesab edilir.
Bu faciə bir daha insanın təbiət quvvələri qarşısında acizliyini ortaya qoydu.
Qeyd edək ki, həmin gün Hind okeanında baş verən zəlzələ və sunami azı 230 min nəfərin həyatına son qoyub.
Vüqar
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB

















