“Çağrı mərkəzləri” şəbəkəsinin 11 üzvü saxlanıldı – Dələduzluqla məşğul imişlər

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Kanada, Braziliya, Hindistan və Yaponiya vətəndaşlarına qarşı investisiya sövdələşmələri adı altında dələduzluqla məşğul olan beynəlxalq “çağrı mərkəzləri” şəbəkəsinin Rusiya "bölməsinin" rəhbərlərinin və əməkdaşlarının saxlanıldığını bildirib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Rusiya Federal Təhlükəsizlik Xidməti hazırda Londonda gizlənən Gürcüstanın keçmiş müdafiə naziri və "Milton Group" şirkətinin təsisçisi David Kezeraşvilinin maraqları naminə fəaliyyət göstərən beynəlxalq "çağrı mərkəzləri" şəbəkəsinin qanunsuz fəaliyyətinin qarşısını alıb", - qurumdan bildirilib.
Xüsusi xidmət orqanının məlumatına görə, çağrı mərkəzləri Aİ, Britaniya, Kanada, Braziliya, Hindistan, Yaponiya və digər ölkələrin vətəndaşlarına qarşı investisiya sövdələşmələri adı altında kütləvi dələduzluqla məşğul olan beynəlxalq mütəşəkkil cinayətkar qrupun tərkibinə daxil olub.
Qurumun qiymətləndirməsinə görə, 50-dən çox ölkə ərazisində yaşayan təxminən 100 min insan fırıldaqçıların fəaliyyətindən zərər çəkib.
"Qanunazidd fəaliyyətdən gəlirlər gündə 1 milyon dollara çatıb", - İctimaiyyətlə Əlaqələr Mərkəzi əlavə edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya ərazisində fəaliyyət göstərən çağrı mərkəzlərinin rəhbərləri müəyyən edilib: İsrail və Ukrayna vətəndaşı Keselman saxlanılıb, İsrail və Gürcüstan vətəndaşı olan Todva isə axtarışa verilib.
FTX, həmçinin bildirib ki, 2022-ci ildə Keselman və Todva Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə Moskva, Kursk, Bryansk və Belqorodun kritik infrastruktur obyektlərində planlaşdırılan terror aktları barədə anonim məlumatların yayılmasını təşkil ediblər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












