Çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - Nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zaqatala şəhəri, Ş.Qurbanov küçəsində fəaliyyət göstərən Davudov Mahir Harın oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innoavtiv həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı sanitariya norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb.
Müəssisədə döşəmə, divar, tavan və qida ilə təmasda olan səthlərin korroziyaya davamlı hamar və yuyulabilən materialla üzlənmədiyi, unun divardan ara məsafə gözlənilmədən saxlanıldığı, havalandırma sisteminin qurulmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara yığılmadığı, işçi heyət üçün isti-soyuq su və yuyucu maddələrlə təchiz edilmiş yuma sahəsinin ayrılmadığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












