Daha bir məktəbə silahlı hücum planı aşkarlanıb - 8 nəfər saxlanılıb

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda orta məktəblərdən birinə hücum hazırladığı iddia edilən səkkiz şübhəlidən ibarət qruplaşmanın üzvləri jandarm əməkdaşları tərəfindən saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, məhkəmə onlardan ikisi barədə ev dustaqlığı qərarı çıxarıb.
Torbalı rayonundakı liseydə oxuyan bir qrup şagirdin öz aralarında yaratdıqları vatsap qrupu vasitəsilə hücum planlaşdırdığı müəyyən edilib. "12/A Avionics" adlı 20 nəfərlik vatsap qrupunda ünsiyyət quran şagirdlərin Şanlıurfa və Kahramanmaraşda baş verən son məktəb hücumlarına bənzər hücumu ətraflı müzakirə etdikləri müəyyən olunub.
Jandarma əməkdaşları tərəfindən təhdid mesajlarının aşkarlanmasından sonra genişmiqyaslı araşdırma başlanıb. Əldə edilən məlumatlar əsasında hərəkətə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edilmiş ünvanlarda eyni vaxtda reydlər keçirib. Əməliyyat zamanı T.Y. (17 yaş), A.K. (17), A.E.Ö. (17), E.K. (17), R.D. (18), F.G. (17), Ç.S. (17) və A.Ç. saxlanılıb.
Şübhəlilərin evlərində və rəqəmsal materiallarda axtarışlar aparıldıqdan sonra sübutlar götürülüb.
Onların üçü ifadələri alınmaqla, daha iki nəfər məhkəmə nəzarəti altında sərbəst buraxılıblar. Daha bir şübhəli ilə bağlı hansı hüquqi ölçünün götürüldüyü açıqlanmır.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












