Naftalanda "Whatsapp" qrupunda valideyni söyən qadın CƏRİMƏLƏNDİ

Naftalanda sosial şəbəkədə bir-birini təhqir edən və küçədə dalaşan qadınlar saxlanılıb.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, 27 Aygün Həbibova və 29 yaşlı Nazlı İsayeva (adlar şərti) arasında “Whatsapp” platormasında yaradılan valideyn qrupunda anlaşılmazlıq yaranıb. Bu zaman Aygün qrupda hamının oxuyub gördüyü təqdirdə Nazlını nalayiq ifadələrlə təhqir edib. Bundan sonra Nazlı özünə məxsus avtomobillə Aygünün yaşadığı binanın qarşısına gəlib. Məlumata görə, burada rastlaşan qadınlar bir-birinə ayaqqabılarını atıblar. Daha sonra Nazlı Aygünün saçından tutub və tərəflər arasında mübahisə davam edib. Əlbəyaxa davaya çıxan qadınları Aygünün həyat yoldaşı ayırıb.
Onların hər ikisi saxlanılıb. Hər ikisinin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub. Aygünün barəsində bundan əlavə, 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə də protokol tərtib olunub.
Həbibova və N. İsayeva 157-ci maddə üzrə bir-birlərini bağışladıqlarını bildiriblər.
Məhkəmə tərəflərin barışmasını nəzərə alaraq, 157-ci maddə üzrə işə xitam verib. Lakin A. Həbibova 510.2-ci maddəyə əsasən, 500 manat məbləğində cərimələnib.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












