Kombilərlə bağlı yeni qayda: Noyabrın 6-dan qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır.
Bundan başqa, cihazların konstruksiyası alovun dayanıqlı yanmasını təmin etməli, yanma məhsullarında karbon oksidləri və azotun icazə verilməyən konsentrasiyaları yaranmamalıdır.
Tüstü bacasına qoşulan qurğularda yanma məhsullarının otağa təsadüfən buraxılmasının qarşısı alınmalıdır. Tüstü bacasının kənarlaşdırma sistemində nasazlıq yarandıqda isə odluğa qaz verilişi dayandırılmalıdır.
Reqlament qazla işləyən məişət qızdırıcılarına, yemək bişirmək üçün nəzərdə tutulan plitələrə, su qızdırıcılarına və digər avadanlıqlara şamil edilir.
Tələblər noyabrın 6-dan qüvvəyə minəcək.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












