Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR

İranda qrip və COVID-19-a yoluxma artır, ölüm halları qeydə alınır.
Avtosfer.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçək xəbərdarlıq edib.
E. Kuçək deyib ki, hazırda yayılan koronavirus alt ştammının ötürülmə və yoluxma sürəti əvvəlkilərdən qat-qat yüksəkdir, lakin bu növ koronavirusun səbəb olduğu ölüm göstəriciləri əvvəlki növlərə nisbətən daha azdır:
"Yayılmış viruslara, xüsusən də koronavirus və qripə yoluxmağın qarşısını almaq üçün yeganə təsirli və qabaqlayıcı yol, əlləri müntəzəm yumaq, izdihamlı mühitlərdə maskadan istifadə etmək və yaşlıların, eləcə də xroniki xəstəlikləri olan şəxslərin mümkün qədər sıx və izdihamlı yerlərdən çəkinməsi kimi fərdi gigiyena qaydalarına riayət etməkdir.
Mövcud məlumatlara əsasən, COVID-19 virusuna yoluxma hallarının əhəmiyyətli dərəcədə artması və kəskin yüksəlişi ilə üz-üzəyik".
Qeyd olunub ki, bir çox insan ailə üzvlərinin, xüsusən də uşaqların tənəffüs yolları infeksiyalarına yoluxduğunu bildirir.
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI












