Banner

Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB

Hadisə 29 Oktyabr 2026 21:13
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbinin bir neçə şagirdinin rotavirusa yoluxduğu məlum olub.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

TƏBİB-dən bildirilib ki, oktyabrın 29-da saat 15:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ceyranbatan qəsəbəsində yerləşən məktəbdən çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən səkkiz nəfərə yerində tibbi yardım göstərilib", - məlumatda qeyd edilib.

***

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin şagirdlərinin popkorndan zəhərlənməsi faktı təsdiqlənməyib.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Ceyranbatan qəsəbəsindəki məktəbdə baş verən hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən, qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb. (Oxu.az)


***

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub.

Onların popkorndan zəhərləndiyi iddia olunur.

Oxunub : 366
ŞƏRH YAZ
Ad

E-mail

Şərh