Daşkəsəndə qayınanasını balta ilə öldürən gəlinin meyiti tapılıb - FOTO

Daşkəsəndə qayınanasına balta ilə xəsarət yetirib hadisə yerindən qaçan gəlinin (Səidə Həsənova) meyiti tapılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xoşbulaq kənd sakini Qüdrət Göyüyev bildirib. Onun sözlərinə görə, meyit hadisənin baş verdiyi evin qonşuluğunda olan həyətdə aşkarlanıb:
"Cəsədin tapıldığı məhlənin otunu biçdirirdim. Gördüm ki, zibil kimi bir şey var. Yaxınlaşdım, görüm ki, meyit var. Bir qadın meyiti idi. Sol əli başının üstünə qoyulmuşdu. Elə də dünyasını dəyişmişdi. Mən də dərhal polisə xəbər verdim. Çox keçmədi gəlib apardılar. Polislər dedilər ki, Səidə Həsənovadır".
Qüdrət Göyüyev qeyd edib ki, bir neçə dəfə həmin məhlədə olub. Amma orada ot qalın olduğuna görə meyitin olması hiss edilməyib.
Mərhumun qızı Şəlalə Qurbanova bildirib ki, meyitin tapıldığı sıx otluq olub. Həmin əraziyə heç bir iz düşmədiyi üçün inanmayıblar ki, orada meyit aşkarlana.
"Evimin yaxınlığında durmuşdum gördüm ki, çoxlu polis maşını keçdi. Mən də narahat oldum. Düşüb ora getdim dedilər ki, Səidə Həsənovanın meyiti aşkarlanıb. Mən də baxdım gördüm ki, tövlənin arxasında otluq ərazidə meyit var. Səidə otluğu neçə keçibsə ora iz düşməyib.", - deyə o bildirib. Şəlalə Qurbanova bildirib ki, anasının qatilinin meyiti hadisədən 1 ay bir gün sonra qonşu tərəfindən aşkarlanıb.
Qeyd edək ki, hadisə iyul ayının 27-də Daşkəsən rayonunun Xoşbulaq kəndində baş verib. Belə ki, Cəlilabad rayon sakini Səidə Həsənova mübahisə zamanı qaynanası Tahirə Qurbanovaya balta ilə ağır xəsarətlər yetirib. Ağır xəsarət alan qadın hadisəsən bir neçə gün sonra Bakıda yerləşən xəstəxanaların birində ölüb.
Faktla bağlı Daşkəsən rayonun prokurorluğunda araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB


















