Dələduzluğa görə fəaliyyəti dayandırılan vəkil həbs edilib - FOTO

Vəkil Fuad Əliyevin saxlanılması ilə bağlı məlumat yayılıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumata görə, “Femida” vəkil bürosunda fəaliyyət göstərən vəkil vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə F.Əliyev haqda həbs qətimkan tədbiri seçilib.
Vəkillər Kollegiyasından bildirilib ki, vəkil Əliyev Fuad Vilayət oğlu ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında Heyətin 17 may 2024-cü il və 10 iyul 2024-ü il tarixlərində fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərarlar qəbul edilib.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, vəkil Fuad Əliyev tərəfindən tanışına məxsus pulun dələduzluq yolu ilə ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Qaradağ rayon polis idarəsində cinayət işi başlanıb. O, iş üzrə 21 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, F. Əliyevin Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilib.
Qeyd edək ki, Fuad Əliyevin saxlanılması ilə bağlı ilk xəbəri Globalinfo.az saytı yayıb.
Xatırladaq ki, ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Rayon Vəkil Bürosunda əməliyyat keçirib. Əməliyyat nəticəsində büro müdiri və bir vəkil saxlanılıb.

Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












