Dələduzluq edən qadınlar hakim qarşısında - FOTO

Bakıda vətəndaşlara sosial evlərin verilməsində köməklik edəcəyi ilə bağlı dələduzluqda təqsirləndirilən qadınların - Xəyalə Əliyeva və Arzu Nağıyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər dindirilib.
Zərərçəkmiş şəxs Ofeliya Bayramova bildirib ki, təqsirləndirilən şəxslərdən Xəyalə Əliyevanı tanıyıb və ona ev almaq məqsədi ilə 10 min manat pul verib:
"Qonşum evində məişət texnikaları satırdı və ora gedəndə qadınlardan eşitdim ki, sosial evlərin verilməsində Xəyalə Əliyeva adlı bir xanım kömək edir. Xəyalə ilə tanış olanda mənə dedi ki, sosial evlərin verilməsinə əlim catır. Mən də pul düzəldib ona verdim. Sonra öyrəndim ki, evlər sentyabr ayında verildi. Mənə evin verilmədiyini soruşduqda dedi ki, sizin evlər yuxarıdan gələnlər açılış edəndən sonra veriləcək. Mənə deyirdi pulu tez gətir ki, ev siyahısına səni tez sala bilim. 10 min 372 manat pul verdim. Şikayəti isə 1 ildən sonra etdim. O puldan cəmi 1000 manat qaytarılıb".
Zərərçəkmiş Lalə Mehrəliyevanın sözlərinə görə, o, təqsirləndirilən şəxs Arzu Nağıyeva ilə ailəvi dost olub:
"2019-cu ilin sentyabrında valideynlərim yaşadıqları evi satdılar və mənə o evdən pay olaraq pul verdilər. Mənim evim var idi, amma bacımın isə evi yox idi. Mənə Arzu Nağıyeva tez tez zəng edib deyirdi ki, evlər məhduddur, bacınla yanaşı sənə də gəl ev götürək. Arzu Nağıyeva özü makler kimi də fəaliyyət göstərirdi. Dedim ki qoy, bacım Jalə Hacıyeva alsın sonra mən alaram. Xəyalə ilə ilk tanışlığım Rəsulzadə qəsəbəsində olan notariusda oldu. Ümumilikdə bacım Jalə və mənə görə ev üçün Xəyaləyə 55 min manat nağd şəkildə pul verdim. Arzuya ona görə güvəndim ki, öz dayısı qızı üçün də ordan ev alıb. Notariusdan çıxanda Arzu ilə Xəyalə bir yerdə harasa getdilər. Arzu bizə demişdi ki, mərtəbə və bloku seçə bilərsən, lakin evin özünə baxmaq olmaz. Bizə deyirdi ki, sizin telefonunuza sms gələcək və siyahıda adlarınızı görəcəksiniz".
Məhkəmənin növbəti iclası sentyabr ayının 18-nə təyin edilib.
Xatırladaq ki, cinayət işi üzrə 10 nəfər zərərçəkmiş qismində tanınıb.
Hər iki təqsirləndirilən qadına qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Arzu Nağıyeva barədə həbs-qətimkan tədbiri seçilməyib.

Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












