Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi azadığa buraxıldı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi Zakir Sultanov vaxtından əvvəl azadığa buraxılıb.
APA-nın xəbərinə görə, bu barədə bu gün Bakı şəhəri Xəzər rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. O, cəzasının cəkilməmiş hissəsindən (1 il 5 ay) azad olunub.
Bildirilib ki, qərar qəbul olunarkən Z. Sultanovun dəymiş ziyanı tam ödəməsi, cəzasnın çox hissəsinin çəkməsi, islah olunması və Cəzaçəkmə Müəssisəsinin müsbət rəyi əsas götürülüb.
Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmişdi.
Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən onun dəyən ziyanı ödəməsi nəzərə alınmış, cəza müddəti 5 il 6 aya endirilmişdi.
Qeyd edək ki, bu barədə ilk xəbəri "Qafqazinfo" yayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












