Əməliyyat keçirildi: 45 şübhəli saxlanılıb

Hadisə 5 İyul 2024 21:54
Əməliyyat keçirildi: 45 şübhəli saxlanılıb
WhatsApp kanalımıza abunə olun

Türkiyənin 16 vilayətində İŞİD terror qruplaşmasına qarşı “Bozdağan-48” əməliyyatı keçirilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Bildirilib ki, əməliyyat nəticəsində 45 şübhəli saxlanılıb.

Onlardan xeyli miqdarda xarici valyuta və türk lirəsi, eləcə də çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Oxunub : 746
ŞƏRH YAZ
Ad

E-mail

Şərh