Evin damı qoparaq maşınların üzərinə düşüb - VİDEO

Güclü külək paytaxtın Nəsimi rayonunda ciddi fəsadlara yol açıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə Namiq Məlikov küçəsi, dalan 7 və Cəlil Məmmədquluzadə küçəsi 165 ünvanında baş verib.
Dam ötrüyü məhəllədə avtomobillərin üzərinə düşərək onlara zərər vurub.
Bakının "Papanin" kimi tanınan məhəlləsinin sakinləri iddia edir ki, evlərinə və avtomobillərinə dəyən ziyanla bağlı müvafiq qurumlara məlumat veriblər, amma nəticəsi olmayıb.
Avtomobilinə ziyan dəyən sakinlər isə çarəsiz halda olduqlarını deyirlər.
Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov qeyd edib ki, güclü külək nəticəsində rayon ərazisində 100-dən çox ağac aşıb. Bundan başqa infrastruktura ciddi zərər dəyib.
Qeyd olunub ki, sığorta olunmuş evlərə maliyyə yardımı ayrıla bilər, digər evlərə gəlincə, sakinlərə yalnız Mənzil Kommunal Təsərrüfat Birliyinin daxili imkanlarından istifadə olunaraq müvafiq yardım göstəriləcək.
Daha ətaraflı videomaterialda:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












