Əxlaqsızlığa görə tutulan 85 yaşlı kişi molladır? - AÇIQLAMA

"Sosial şəbəkələrdə cinsi zorakılıqda təqsirləndirilən və Naxçıvan kəndlərindən birində mollalıq etdiyi bildirilən, 1940-cı il təvəllüdlü şəxsin guya molla və ya din xadimi olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Avtosfer.az xəbər verir ki, bu barədə "Nuhçıxan" İnformasiya Agentliyinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov bildirib.
Onun sözlərinə görə, həmin şəxs nə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, nə də Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın qeydiyyatında olan hər hansı dini icmanın üzvüdür.
"Buna görə də onun din xadimi kimi təqdim olunması tamamilə əsassızdır", - deyə Əli Orucov vurğulayıb.
***
Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-cı il təvəllüdlü B.Həsənov (bütün soyadları şərtidir) həbs edilib.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, B.Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 14 aprel tarixli hökmü ilə dörd il altı ay müddətə həbs cəzasına məhkum edilib.
O, Cinayət Məcəlləsinin 150.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib və məhkəmə zalındaca qandallanıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, B.Həsənov xeyli müddət qonşuluqda yaşayan qohumu, ağır dərəcəli əqli geriliyi olan birinci qrup əlil, 1979-cu il təvəllüdlü S.Məmmədova qarşı xeyli müddət cinsi zorakılıq hərəkətləri edib. Fakt üzə çıxdıqdan sonra cinayət işi açılıb.
Cinayət işi üzrə keçirilən məhkəmə prosesində B.Həsənov törətdiyi əməlin yaşına uyğun olmadığını deyərək üzr istəyib və bağışlanmasını xahiş edib.
Qeyd edək ki, bu ilin yanvarında Naxçıvanda oxşar əməlləri törədən digər mollaya da hökm oxunmuşdu.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












