Famil Xəlil ev dustaqlığına buraxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, daşıma) maddəsi ilə təqsirləndirilən Famil Malik oğlu Xəlilovun (Xəlil) növbəti məhkəmə prosesi keçirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, dövlət ittihamçısı Rauf Malışov çıxış edərək Famil Xəlilovun həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı təklif verib.
Vəkil Fariz Namazlı da Famil Xəlilin sağlıq durumunu nəzərə alaraq müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.
Hakim Azər Tağıyevin qərarına əsasən, məhkəmə Famil Xəlilin sağlıq durumunu, məhkəmədən yayınmacayağını nəzərə alaraq onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib.
Xatırladaq ki, bu il mayın 2-də saxlanılan Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Qolları serebral iflic olan Famil Xəlilov 1-ci qrup əlildir.
Qeyd edək ki, F.Xəlil 2015-ci ildən 2023-cü ilə kimi İsveçdə mühacir həyatı yaşayıb.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












